Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
"Far.Az" xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərin vəsaiti əsasında onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat baxılıb.
Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Onlara Cinayət Məcəlləsini. 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
"Far.Az" xəbər verir ki, Səbail Rayon Məhkəməsində DTX-nin müstəntiqlərinin vəsatəti əsasında Ə.Kərimli barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay müddətinə uzadıb.
Qeyd edək ki, Ə.Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham verilib.