RU

Ermənistan ABŞ-dən “V-BAT” PUA-ları əldə edib

Ermənistan ABŞ-dən müasir “V-BAT” pilotsuz uçuş aparatları (PUA) əldə edib.Bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.

Paşinyan qeyd edib ki, bu addım iki ölkə arasında illərdir davam edən təhlükəsizlik əməkdaşlığının və üç illik “Qartal Tərəfdaş” (Eagle Partner) birgə hərbi təlimlərinin məntiqi davamıdır. Baş nazir ABŞ-nin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində əldə olunan “V-BAT” PUA-larının ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Избранный
31
4
anews.az

5Источники