Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, mərhum siyasətçi 78 yaşında Türkiyədə dünyasını dəyişib.
***
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
Redaktor.az manset.az-a istinadən xəbər verir ki, o bu dəqiqələrdə Türkiyədə vəfat edib.
Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.
Qeyd edək ki, Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi.
Allah rəhmət eləsin.