RU

“Prezidentimiz onları dəstəkləyir” Vens

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ administrasiyası İranda davam edən hökumət əleyhinə etirazlara münasibət bildirərək nümayişçilərə dəstəyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Prezidentimiz İrandakı dinc etirazçıların yanında olduğumuzu və onları dəstəklədiyimizi açıq şəkildə bəyan edib”, – deyə o bildirib.

ABŞ-İran münasibətlərinin gələcəyinə toxunan vitse-prezident qeyd edib ki, bu istiqamətdə növbəti addımlar şəxsən Prezident Donald Tramp tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın (rial) kəskin dəyər itirməsi və hiperinflyasiya fonunda başlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
2
qafqazinfo.az

3Источники