RU

Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq

Bakı.Trend:

Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi ərazilərinin qaztəchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Salyan RegionalQaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, "Qaz İxrac" İdarəsi tərəfindən magistiral qazkəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi iləəlaqədar olaraq fevralın 10-da, saat 09:30-dan etibarən işlər başaçatanadək "Qarasu" QPS-dən Sabirabad rayonunun 16 kəndində -Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı,Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yolçubəyli, Narlıq,Zəngənə kəndlərində (7 298 abonent), Hacıqabul rayonunun 12kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talışbinalar, Talış,1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli,Bürvənd kəndlərində (3 322 abonent), həmçinin "Nərimankənd" QPS-dənSabirabad şəhəri Z.Əliyev küçəsi və rayonun 17 kəndində - Kürkəndi,Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı,Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay,Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9 837 abonent) qaztəchizatının dayandırılması planlaşdırılır.

Избранный
35
23
az.trend.az

10Источники