"National Geographic"in elmi əməkdaşı Den Byuttner ömrün uzadılmasının ən xoş üsullarından birindən danışıb.
Redaktor.az xəbər verir ki, onun fikirlərini "Daily Mirror" nəşri yayımlayıb.
Uzunömürlü insanların həyat tərzini araşdıran alim bildirib ki, Yunanıstanda insanların tez-tez 100 yaşa qədər yaşamasının əsas səbəblərindən biri günorta yeməyindən sonra yatmaq vərdişidir. “Ömrü uzatmağın ən yaxşı yolları həyat keyfiyyətini artıran və insana həqiqi zövq verən üsullardır. Günorta yuxusu da onlardan biridir”, — deyə Byuttner qeyd edib.
Tədqiqatçı vurğulayıb ki, bu üsulun effektivliyi elmi araşdırmalarla sübut olunub. Onun sözlərinə görə, həkimlər həftədə beş dəfə 20 dəqiqəlik gündüz yuxusunun ürək xəstəlikləri riskini təxminən üçdə bir qədər azaltdığını müşahidə ediblər.
Aytəkin TOFİQQIZI