Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun oğlu Elçin Ağamalı məlumat verib.
O bildirib ki, hazırda sabiq deputatın harada dəfn ediləcəyi müəyyənləşməyib.
Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi Türkiyədə dünyasını dəyişib. /Oxu.Az/