RU

“Barselona” ÇL-in finalına göz dikib

“Barselona” rəhbərliyi UEFA-ya müraciət edib. İspaniya klubu Çempionlar Liqasının (ÇL) 2029-cu ildə keçiriləcək final matçına evsahibliyi etmək istəyir.

"Football-plus.az" xəbər verir ki, “Barselona” 2029-cu ildə ÇL-in finalının “Kamp Nou” stadionunda baş tutması üçün UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Müraciətdə yenidənqurmadan sonra daha geniş və müasir hala gətirilən “Kamp Nou”nun bu səviyyəli matçın keçirilməsi üçün bütün tələblərə cavab verdiyi bildirilibr. Klub Şəhər Şurası və Kataloniya hökuməti ilə birgə ilkin namizədlik prosesində iştirak edir.

Finalın Barselonada keçirilməsi UEFA-nın müvafiq sertifikasiyası və təsdiqi, həmçinin İspaniya Kral Futbol Federasiyasının dəstəyi şərti ilə mümkündü.

Qeyd edək ki, “Kamp Nou” 1999-cu ildə ÇL-in “Mançester Yunayted” - “Bavariya” finalına (2:1) da evsahibliyi edib.

Избранный
86
3
football-plus.az

4Источники