RU

Starmerin mətbuat katibi də istefaVERDİ

Böyük Britaniya hökumətində baş verən “Epşteyn qalmaqalı” Dauninq-stritdə ardıcıl istefalara səbəb olub.

Redaktor.az “Sky News”a istinadla xəbər verir ki, Baş nazir Kir Starmerin baş kommunikasiya direktoru Tim Allan vəzifəsindən istefa verib.

Nəşr yazır ki, bu qərar ölkənin ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranmış gərginlik fonunda verilib. Allan açıqlamasında yeni komandanın qurulmasına şərait yaratmaq üçün bu addımı atdığını bildirib.

Xatırladaq ki, Starmer artıq Epşteynin qurbanlarından rəsmi şəkildə üzr istəyib və Mandelsonun ona yalan söylədiyini bildirib.

Избранный
16
1
redaktor.az

2Источники