RU

Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 % artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvarın 1-dək təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırır.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlik məlumat yayıb.

 

Qeyd olunub ki, bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

 

Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

 

Məlumata görə, dövlət başçısının əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 % indeksləşdirilərək artırılır.

 

"Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir", - məlumatda vurğulanıb.

 

Избранный
27
48
senzor.az

10Источники