RU

“Epşteyn işi”: Böyük Britaniya Baş naziri də istefa verir?

Böyük Britaniya Baş naziri Kir Starmerin kommunikasiya direktoru Tim Allan dünən istefa verdiyini açıqladı. Bu, məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteyn və keçmiş səfir Peter Mandelson arasındakı əlaqələr ətrafındakı qalmaqala qarışan Leyboristlər Partiyasının lideri K.Starmer üçün daha bir zərbədir.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Tim Allan, Kir Starmerin aparat rəhbəri Morqan MakSvininin istefasından 24 saatdan az müddət sonra qısa açıqlama verib:

“Dauninq küçəsində yeni bir komandanın formalaşmasına imkan vermək üçün istefa vermək qərarına gəldim”. Beş ay bu vəzifəni icra edən cənab Allan əlavə edib: “Baş nazirə və onun komandasına uğurlar arzulayıram”.

Mühafizəkar müxalifət lideri Kemi Badenok qərargah rəisinin getməsindən sonra bildirib ki, Kir Starmer məsuliyyəti öz üzərinə götürməli və istefa verməlidir. O, BBC radiosunda bildirib:

“Mənə pis məsləhət verildi” ifadəsi lider üçün yaxşı bəhanə ola bilməz. Onun mövqeyi artıq əsassızdır”.

Lakin baş nazirin sözçüsü Dauninq Strit dərhal cavab verərək, Kir Starmerin istefa vermək niyyətində olmadığını bildirib. O qeyd edib ki, Baş nazir işinə diqqət yetirir və istefa verməkdən imtina edir:

“Cənab Starmerin bu gün daha sonra Leyboristlər Partiyasında çıxışı planlaşdırılır”.

Aydın Baxış  

Избранный
38
bakivaxti.az

1Источники