RU

Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir - Kuş Çoksi

Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün olduqca cəlbedicidir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:

"Burada energetikadan tutmuş, telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var".

K. Çoksi vurğulayıb ki, heyətdə iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edən 31-dən çox şirkət 60-dan çox nümayəndə ilə təmsil olunur.

"Bakıda keçirdiyimiz dünənki gün bizim üçün olduqca məhsuldar oldu və biz bu gün də eyni dərəcədə nəticəli iş gözləyirik", - deyə Çoksi əlavə edib.

Избранный
32
2
missiya.az

3Источники