RU

İsrail ordusu Livanda Hizbullah komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah artilleriya bölmələrinin rəhbərinin öldürüldüyünü açıqladı. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilir.

“Dünən İsrail Müdafiə Qüvvələri Yanuxa bölgəsinə zərbə endirib və Hizbullahın artilleriya rəisi vəzifəsini tutan terrorçu Əhməd Əli Salamini öldürüb”, – deyə açıqlamada bildirilir.

Hərbçilər bildiriblər ki, öldürülən hərbçi döyüş zamanı İsrail əsgərlərinə qarşı çoxsaylı hücumlara görə məsuliyyət daşıyır və bu yaxınlarda qrupun Livanın cənubunda hərbi imkanlarının bərpasında iştirak edib.

Избранный
224
5
veteninfo.az

7Источники