Fəzail Ağamalı ilə vida mərasimi bu gün 12:00-da Heydər Məscidinin qarşısında baş tutacaq.
ONN media xəbər verir ki, bu sözləri F.Ağamalının qızı, deputat Günay Ağamalı qeyd edib.
O bildirib ki, dəfndən sonra Heydər Məscidində hüzr mərasimi təşkil olunacaq:
"Mərhumun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcək".
F.Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, F.Ağamalı ötən gün ürəktutmadan dünyasını dəyişib.