RU

Rusiyalı nüvə mütəxəssislərini daşıyan təyyarə İrana çatıb

Rusiyalı nüvə mütəxəssislərini daşıyan təyyarə İranın Buşehr şəhərinə eniş edib.

Missiya.Az xəbər verir ki, bu barədə “FlightRadar24” platforması məlumat yayıb.

Bildirilib ki, hazırda mütəxəssislərin Buşehr Atom Elektrik Stansiyasında (AES) işləri davam etdirmək üçün gəldiyi, yoxsa uçuşun personalın təxliyəsi məqsədi ilə təşkil olunduğu bəlli deyil. Bununla bağlı, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, stansiya İranın tək nüvə elektrik enerjisi mənbələrindən biridir.

Daşqın HəsənovMissiya.Az

Избранный
58
3
missiya.az

4Источники