Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İxtira, faydalı model və sənaye nümunəsi sayılmayan obyektlərin siyahısı genişləndirilir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla) ixtira, faydalı model və sənaye nümunəsi sayılmayacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.