RU

İnsanların şərəf və ləyaqətinə qarşı böhtan kampaniyaları aparılır Siyavuş Novruzov

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda şəxsiyyət əleyhinə cinayətlər, insanların şərəf və ləyaqətinə qarşı hörmətsizlik hallarının sayı artır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, informasiya texnologiyaları əslində ölkənin, dövlətin, iqtisadiyyatın, kənd təsərrüfatının və sosial siyasətin inkişafına xidmət etməlidir:

“Lakin təəssüf ki, bəzi hallarda bu imkanlardan sui-istifadə edilir, insanların şərəf və ləyaqətinə qarşı böhtan kampaniyaları aparılır, dövlətin və ordunun əleyhinə dezinformasiya yayılır. Qarşılıqlı beynəlxalq əməkdaşlıq isə bu kimi halların qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu cinayətlərdən ən çox zərər çəkən təqaüdçülərdir. Onların bank kartı məlumatları və kodları ələ keçirilərək müxtəlif ölkələrdən idarə olunan cinayətkar şəbəkələr vasitəsilə vəsaitləri mənimsənilir. Bu konvensiya həmin halların qarşısının alınmasında da mühüm rol oynayacaq. Eyni zamanda vətəndaşların xəbəri olmadan onların adına şirkətlərin açılması, saxta sənədlər əsasında vergi borclarının formalaşdırılması, ölkədən çıxışa qadağaların tətbiqi kimi hallar mövcuddur. Bundan əlavə, bələdiyyə və mülkiyyət sənədlərinin saxtalaşdırılması, torpaq və daşınmaz əmlakla bağlı dələduzluq halları artmaqdadır”.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
2
redaktor.az

3Источники