RU

Yevgeni Qalperin: Qara Qarayev sonsuz sayda yeni musiqi aləmləri axtaran və onları kəşf edən bəstəkardır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 fevral, AZƏRTAC

Bu il Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunur.

AZƏRTAC bu münasibətlə dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə söhbətlər silsiləsini davam etdirir.

Qardaşı Saşa Qalperinlə birlikdə çalışan fransız kino bəstəkarı Yevgeni Qalperin Qara Qarayevin yaradıcılığının əhəmiyyətindən danışıb. Onun musiqiləri Andrey Zvyagintsev (“Sevgisiz” filminin saundtreki Avropa Film Akademiyası mükafatına layiq görülüb), Fransua Ozon, Kantemir Balaqov və Lük Bessonun filmlərində yer alıb. Bəstəkarın musiqi yazdığı televiziya filmlərinə HBO-nun “Scenes from a Marriage”, “The Undoing”, habelə “Becoming Karl Lagerfeld” televiziya serialları, digərləri daxildir.

“Uşaqlıqdan bəri musiqisi ilə tanış olduğum Qara Qarayevin unikallığı onun öz üslubunu itirmədən sonsuz sayda yeni musiqi aləmləri axtaran və onları kəşf edən bəstəkar olmasındadır. Nədənsə, onun özünəməxsus üslubu həm Şostakoviç və ya Stravinskinin təsiri altında yazılmış ilk əsərlərində, həm də xalq musiqisi vurğuları ilə bəstələnmiş yaradıcılıq nümunələrində, eləcə də minimalizmi və mənəvi məzmunu ilə Arvo Pyartın musiqisini qabaqcadan göstərən sonrakı əsərlərində də hiss olunur. Mənə elə gəlir ki, Qara Qarayevin çoxşaxəli marağı onu daim yeni janrlara (onun filmlər üçün yazılmış bir sıra gözəl əsərləri var) və təzə bir dil axtarışına yönəldir. Bəlkə də məhz buna görədir ki, onun musiqisi günümüzdə də bu qədər təravətli və müasir səslənir”, - deyə Yevgeni Qalperin qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
azertag.az

2Источники