RU

Naxçıvanda yaz suvarma mövsümünə hazırlıq işləri görülür

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 10 fevral, AZƏRTAC

Muxtar respublikada torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və suvarma infrastrukturunun etibarlı istismarının təmin edilməsi məqsədi ilə kanal, arx və kollektorların texniki vəziyyətinin yaxşılaşdırılması, su ötürücülük qabiliyyətinin artırılması istiqamətində ardıcıl meliorativ tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən cari ildə də suvarma infrastrukturunun yaxşılaşdırılması məqsədilə kanal, arx və kollektorların lildən təmizlənməsi istiqamətində meliorativ tədbirlər aparılır. Yaz suvarma mövsümünə vaxtında və keyfiyyətli hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılmasında mühüm rol oynayır. Cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisində 30 min 967 metr beton və torpaq kanallarda, 6613 metr kollektor xəttində, həmçinin 44 min 430 metr ara arxlarda lildən təmizləmə işləri aparılıb.

Meliorativ tədbirlər Naxçıvan şəhəri və Babək rayonu ərazilərini də əhatə edir. Belə ki, Babək şəhəri, Nehrəm qəsəbəsi, Arazkənd, Şıxmahmud, Xəlilli və Naxçıvan şəhərinin Qaraçuq kəndlərində 27 min 420 metr ara arx lildən təmizlənib. Eyni zamanda, Arazkənd kəndi və Nehrəm qəsəbəsi ərazisində yerləşən 3 725 metr kollektor xəttində də təmizləmə işləri görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
121
azertag.az

1Источники