
“Opta” superkompüteri Premyer Liqa komandaları arasında İngiltərə çempionluğuna əsas namizədləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda Londonun “Arsenal” komandası liderdir.
“Topçular”ın titulu qazanmaq imkanları 91,41% olaraq qiymətləndirilir.
“Mançester Siti” isə 7,09%-lə ikinci yerdədir və liderdən 10 dəfədən çox geri qalır.
İlk üçlüyü isə 1,36%-lə Birmingemin “Aston Villa” komandası tamamlayır.