RU

Kolumbiyada güclü yağışlar: Azı 22 nəfər öldü, minlərlə insan xəsarət aldı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kolumbiyada təxminən iki həftədir davam edən güclü yağışlar nəticəsində azı 22 nəfər ölüb, minlərlə insan yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ən ciddi ziyan Kordova və Sukrenin bölgələrinə dəyib. Həmin ərazilərdə 14 nəfərin öldüyü və azı 9 000 evin zədələndiyi bildirilib. Bəzi ərazilərdə sakinlər qayıqla təxliyə ediliblər.

Hakimiyyət orqanları təkcə Monteriya şəhərində fəlakətin təxminən 150 min insana zərər vurduğunu təxmin edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
oxu.az

2Источники