RU

Ulduz futbolçu kazinoda 150 min funt-sterlinq uduzub

Dele Alli London kazinosunda külli miqdarda pul uduzub.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu ötən il 1 sentyabrda “Komo” ilə müqaviləsini ləğv edib və o vaxtdan bəri klubsuz qalıb.

O, müntəzəm olaraq London kazinosuna poker oynamaq üçün baş çəkməyə başlayıb. Son bir neçə gün ərzində “Tottenhem”in keçmiş oyunçusu təxminən 150 min funt-sterlinq uduzub. Allinin bir gecədə dəfələrlə 25.000 funt sterlinq uduzduğu deyilir.

Kazinodakı mənbə aydınlaşdırır ki, Allinin itkiləri o qədər böyükdür ki, daimi müştərilər onu “balina” – poker jarqonunda böyük məbləğdə pul uduzan zəif oyunçu adlandırmağa başlayıblar.

Избранный
57
2
msport.az

3Источники