RU

İnkassator avtomobilinə hücum: film kimi cinayət VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyada Brindizi-Leççe yolunda filmlərdəkinə bənzər hücum baş verib.

Avtosfer.az xəbər verir ki, naməlum şəxslər yol ötürücüsünün yanında hərəkəti saxlamaq üçün yük avtomobilinə od vurublar. Bundan sonra isə Kalaşnikov avtomatları ilə silahlanmış 4 nəfər maşından düşərək inkassator avtomobilini atəşə tutub. Onlar sürücü və onu müşayət edən şəxsi yerə düşürdükdən sonra qumbara ilə maşının qapılarını qırıblar. 

Hadisə yerinə gələn jandarmlarla qısa müddətli atışmadan sonra basqınçılar aradan çıxmağı bacarıblar. Qarət olunmuş vəsaitinin məbləği məlum deyil.

Hadisəni isə yol ötən başqa bir sürücü telefonla çəkərək mediaya ötürüb.

Vüqar

Oxunub 8

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
avtosfer.az

1Источники