RU

Rusiyada sərnişinlərlə dolu avtomobil göldə batdı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İrkutsk vilayətində 4 nəfərin olduğu avtomobil Baykal gölündə batıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Olxonsk rayonu ərazisində baş verib. 

Aya buxtası ilə Ust-Anqa kəndləri arasında buz bağlamış gölün üzərində, sahildən 2 km aralı hərəkətdə olan zaman "Toyota Raktis" markalı avtomobil çata düşüb və batıb. 2 nəfər avtomobili vaxtında tərk edə bilib. 36 yaşlı qadın və 34 yaşlı kişi isə avtomobillə birgə suyun dibinə gedib.

Əraziyə xilasedicilər cəlb olunub. İtkin düşənlərin axtarışları davam etdirilir. Qəza baş verən yerdə dərinlik 400 metrə qədərdir. Bu da əməliyyatın gedişinə ciddi təsir göstərir.

Qeyd edək ki, yerli polis idarəsindən verilən məlumata görə, həlak olan sürücünün avtomobil idarə etmək hüququ bir müddət əvvəl ləğv edilibmiş.

Üstəlik, o, qadağan olunmuş ərazidən keçməyə cəhd edib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
525.az

1Источники