RU

Bələdiyyə başçısı gözyaşlarını saxlaya bilmədi: “Başörtülü olmaq eyib deyil”

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Eskişehirin Mihalgazi Bələdiyyə başçısı Zeynep Güneş, geyimi səbəbindən edilən hücumlara gözyaşları içində cavab verib:

“Bu ölkədə yaşayıram, zərər verməmişəm. Başörtülü olmaq və ya şalvar geymək eyib deyil. Bələdiyyə başçısı olsam nə olur?”

Sherg.az xəbər verir ki, AKP İnsan Hüquqları başqanı Hasan Basri Yalçın da qeyd edib:

“Şalvarı və örtüsü ilə bir Anadolu qadınını həzmedə bilməyəcək qədər nifrət dolu insanlar var. Hüquqi proses başladı və bu düşüncəyə qarşı mübarizə davam edəcək. Zeynep başçımız örnək oldu.”

Zeynep Güneş əlavə edib:

“Bu mübarizə yalnız mənim deyil, gələcək nəsillərin də mübarizəsidir. Konstitusiya hüquqlarımız qorunmalıdır.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
sherg.az

1Источники