BAKI, 10 fevral. TELEQRAF
"Brüssel və Londonda möhkəmlənmiş "müharibə tərəfi" Rusiya və ABŞ liderlərinin başlatdığı davamlı sülhə doğru hərəkatı dayandırmayacaq".
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey lavrov bildirib.
O qeyd edib ki, münaqişənin əsas səbəbi olan Ukraynadan Rusiyanın milli təhlükəsizliyinə hərbi təhdidlər aradan qaldırılmalıdır.