RU

Venesuela İsrailə neft tədarükünə BAŞLADI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuela bir neçə ildən sonra ilk dəfə İsrailə neft partiyası göndərir. Bu, ABŞ qüvvələrinin prezident Nikolas Maduronu ələ keçirməsindən sonra baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yük İsraildə xam neftin ən böyük emalçısı olan Bazan Group üçün daşınır.

Agentliyin məlumatına görə, son bir ay ərzində Venesuela neftinin böyük hissəsi Hindistan, İspaniya və ABŞ-dakı alıcılara satılıb.

Bundan əvvəl ABŞ-nin prezidenti Donald Tramp bildirmişdi ki, ABŞ və Venesuelanın neft ehtiyatları birlikdə dünya həcminin 68 faizini təşkil edir.

Yanvarın 3-də ABŞ Venesuelaya qarşı əməliyyat keçirərək prezident Nikolas Maduronu ələ keçirib. Tramp bəyan edib ki, ABŞ Venesuela resurslarından istifadə etməklə neft qiymətlərini aşağı salmağı planlaşdırır. Onun sözlərinə görə, bu addım respublikanın iqtisadiyyatını bərpa etməyə də imkan verəcək.

Ötən ayın sonunda ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Venesuela neftinin satışından əldə olunan gəlirləri bloklanmış hesaba yönəldəcək və bu vəsaitlərin xərclənməsinə nəzarət edəcək. ABŞ-ın Venesuela neftinin 500 milyon dollar dəyərində ilk partiyasını satması barədə isə yanvarın 15-də məlumat verilmişdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
redaktor.az

2Источники