RU

Avstriyada son illərin ən böyük narkotik şəbəkəsi ələ keçdi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Avstriya hüquq-mühafizə orqanları son illərin ən böyük narkotik qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Heute" nəşri məlumat yayıb.

Məlumata görə, peşəkarcasına təşkil olunan narkotik qaçaqmalçılığı şəbəkəsindən 180 kiloqram marixuana, kokain və metamfetamin müsadirə edilib.

Yerli polisdən bildirilib ki, hazırda 25 yaşdan kiçik üç gənc narkotik qaçaqmalçılığı şəbəkəsi təşkil etməkdə şübhəli bilinir.

Cinayətkar şəbəkənin Uels ərazisində qanunsuz maddələr payladıqları bəlli olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
1
oxu.az

2Источники