RU

MrBeast bank sahibi oldu

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyaca məşhur yutuber "MrBeast" (əsl adı Cimmi Donaldson) “Step” adlı onlayn bankı satın alıb.

Axşam.az xəbər verir ki, bu barədə “hln.be” nəşri məlumat yayıb.

“Step” yeniyetmələr və gənc istifadəçilər üçün nəzərdə tutulmuş mobil onlayn bankdır. Sövdələşmənin məbləği açıqlanmayıb.

"MrBeast"in sahibi olduğu “Beast Industries” şirkəti bundan sonra gənclər üçün maliyyə xidmətləri və maliyyə məsləhətləri də təqdim edəcək.

Qeyd edək ki, "MrBeast" internetdə dostları və digər blogerlərin iştirakı ilə keçirilən qeyri-adi sınaqlar, eləcə də xeyriyyə yönümlü videoları ilə tanınıb. Hazırda onun sosial şəbəkələrdə 162 milyondan çox izləyicisi var və dünyanın ən zəngin bloqgrlərindən biri hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
axsam.az

1Источники