RU

Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi

style='margin-bottom:10px;'>

"Qarabağ" klubu ilə ABŞ təmsilçisi "Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb.

QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi və "Kolumbus Kru” klubu məlumat yayıb. Beləliklə, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.

Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.

Избранный
24
6
teleqraf.com

8Источники