Səssizcə hərəkətə keçib sərvətlərinə sərvət qatdılar
ABŞ və Almaniya kimi qlobal nəhənglər minlərlə ton qızıla sahib olsa da, bəzi ölkələr qızıl ehtiyatlarını artırmaq üçün səylərini davam etdirir. Metbuat.az xəbər verir ki, Braziliya Mərkəzi Bankının strateji alışları öz bəhrəsini verib. Ölkə 145 tonluq ehtiyatla Latın Amerikası ölkələri arasında ilk sıraya yerləşib. “Valora Analytics” tərəfindən tərtib edilən rəqəmlərə görə, Braziliya Meksikanı keçərək Cənubi Amerika qitəsində ən böyük qızıl ehtiyatına malik ölkə olub. 1. Braziliya - 145 tondan çox. 2. Meksika - 120 tondan çox. 3. Argentina - 61,74 ton. Qeyd edək ki, dünya üzrə qızıl ehtiyatlarının 60%-dən çoxu ABŞ və Avropanın əlindədir. ABŞ - 8130 ton Almaniya - 3350 ton İtaliya və Fransa - 2400 ton Rusiya - 2330 ton