RU

İranın dini lideri 2100-dən çox məhbusu əfv etdi

BAKI, 10 fevral. TELEQRAF

İslam İnqilabının qələbəsinin ildönümü və Şaban ayının qeyd olunması münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 2100-dən çox məhbusu əfv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran mediasının məlumatına görə, əfv müəyyən məhbus kateqoriyalarına, o cümlədən silahlı narkotik, spirtli içki qaçaqmalçılığı, silah ticarəti, adam oğurluğu, təcavüz, silahlı soyğunçuluq, rüşvətxorluq, mənimsəmə, saxtakarlıq, çirkli pulların yuyulması vəiqtisadi sabotaja görə məhkum edilmiş şəxslərə şamil edilmir.

Избранный
81
teleqraf.com

1Источники