RU

Nəriman Axundzadənin ABŞ klubuna keçidinin detallarıAÇIQLANDI

ABŞ-nin "Kolumbus Kru" klubu hücumçu Nəriman Axundzadəni "Qarabağ" komandasından transfer etdiyini rəsmən elan edib.

Redaktor.az bu barədə "Kolumbus Kru"nun saytına istinadən xəbər verir.

Bildirilir ki, Axundzadə Beynəlxalq Transfer Sertifikatı (ITC) ilə P-1 vizasını aldıqdan sonra komandanın əsas heyətində yer alacaq.

Qeyd edilir ki, 21 yaşlı oyunçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Xatırladaq ki, Axundzadə 2025/26 mövsümündə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 13 oyun keçirib və üç qol vurub.

Nəriman

Избранный
35
2
redaktor.az

3Источники