RU

Xətaidə fərdi yaşayış evləri uçmaq təhlükəsi ilə üz-üzə – VİDEO

Kanalizasiya kollektorunun çökməsi fərdi yaşayış evlərinə ciddi ziyan vurub.

NOCOMMENT.az xəbər verir ki, burada yaşayan sakinlər deyir ki, hər gün ölüm qorxusu ilə üz-üzə qalırlar.

Görüntülər paytaxtın Xətai rayonu, Zeytun küçəsi 118B ünvanıdır. Fərdi yaşayış evlərinin altından keçən kanalizasiya kollektorunun istismar müddəti başa çatdığı üçün çöküntü yaranıb. Nəticədə evlərdən birinin bir hissəsi tamamilə havada qalıb, həyətlərdə isə nəhəng quyular açılıb.

Sakinlər deyir ki, 1 ildən çoxdur baş verən çökmə bu il daha da aktivləşib. Aidiyyatı qurum isə problemi həll etmək əvəzinə, ərazini sadəcə lentlərlə hasarlamaqla kifayətlənib.

Zərər çəkən şəxslərin vəkili iddia edir ki, vətəndaşlar kömək üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etsələr də, bildirilib ki, tikililər qanunsuzdur. Halbuki sakinlərin əlində evlərin çıxarışı da var.

Sakinlər deyir ki, yeganə çıxış yolunu köçürülməkdə və onlara kompensasiya ödənilməsində görürlər. Onlar kollektorun gələcəkdə yenidən qəza törətməyəcəyinə təminat verilmədiyini bildirirlər.

Kupçalı evlərin qanunsuz elan edilməsi və günü-gündən böyüyən torpaq çökmələri Zeytun küçəsi 118B ünvanındakı ailələri çıxılmaz vəziyyətdə qoyub. İndi hər kəsi bir sual düşündürür.

Məhkəmə prosesi bitənə qədər bu evlər ayaqda qala biləcəkmi?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
18
1
nocomment.az

2Источники