Kilian Mbappe “Real Madrid”də qol vurmağa davam edir. Bazar günü “kral klubu” “Valensiya”nı 2-0 hesabı ilə məğlub etdi və Mbappe komandasının ikinci qolunu vurdu.
Publika.az “El Partidazo”ya istinadən xəbər verir ki, buna baxmayaraq, Mbappe Alvaro Arbeloa ilə işləməkdən razı deyil. O, Xabi Alonso ilə işləməkdən zövq aldığını bildirib.
Maraqlıdır ki, Alonso ilə Mbappe arasında gərginlik barədə şayiələr yayılmışdı. Lakin məşqçinin qovulmasından sonra oyunçu heç bir real problem olmadığını israr etdi. “Real Madrid” hazırda İspaniya çempionatında turnir cədvəlində ikinci yerdədir.