RU

Fransada şok istintaq: 89 azyaşlıya qarşı zorakılıqda ittiham olunan şəxs həbs edildi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Fransada bir şəxs 89 yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakı hərəkətlər törətməkdə ittiham olunub. Bildirilir ki, cinayətlər 8 müxtəlif ölkədə baş verib.

Oxu.Az bildirir ki, bu barədə "Le Parisien" nəşri Qrenobl şəhərinin prokuroru Etyen Mantonun bəyanatına istinadən xəbər yayıb.

Prokurorun sözlərinə görə, təxminən 70 yaşlarında olan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb və o, təcavüz maddəsi üzrə həbs edilib. Məlumata əsasən, təqsirləndirilən şəxs ifadəsi zamanı öz anasını və xalasını qətlə yetirdiyini də etiraf edib.

Qeyd olunub ki, istintaq tərəfindən qeydə alınan təcavüz və cinsi zorakılıq halları təxminən 60 illik dövrü - 1965-ci ildən 2023-cü ilə qədər olan müddəti əhatə edir. Eyni zamanda, zərərçəkənlərin yekun sayının hələ də tam müəyyənləşdirilmədiyi vurğulanır.

Məqalədə bildirilir ki, Qrenobl istintaq şöbəsi tərəfindən 2024-cü ilin yanvar ayında məhkəmə prosesi başladıqdan sonra toplanan məlumatların böyük hissəsi birbaşa təqsirləndirilən şəxsin özü tərəfindən aparılmış qeydlərə əsaslanır. Bununla belə, prokurorluq nümayəndələri bioqrafiyası hələ də tam dəqiqləşdirilməyən şəxsin törətdiyi cinayətlərin tam siyahısını ehtiyatla qiymətləndirdiklərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
oxu.az

1Источники