RU

Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub -VİDEO/FOTO

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi ABŞ Vitse-prezidentinə raport verib.

 

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri ABŞ Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

 

Sonra rəsmi foto çəkdirilib.















Избранный
46
49
senzor.az

10Источники