RU

Ərdoğan Türkiyədə daxili işlər və ədliyyə nazirlərini dəyişdi

Türkiyənin hökumət tərkibində kadr dəyişiklikləri aparılıb.

Far.Az xəbər verir ki, bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncama əsasən, Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlər təyin edilib.

Belə ki, Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçi Türkiyənin yeni daxili işlər naziri olub. İstanbulun baş prokuroru Akın Gürlek isə ədliyyə naziri vəzifəsinə gətirilib.

Избранный
15
11
far.az

10Источники