RU

ABŞ Venesuelaya neft və qaz kəşfiyyatı texnologiyalarının tədarükünə icazə verib

ABŞ-nin Maliyyə Nazirliyi Venesuelaya neft və qaz istehsalı üçün mal və texnologiya tədarükünü əhatə edən əməliyyatları Amerika sanksiyalarından müvəqqəti azad olunması barədə lisenziya dərc edib.

“İki sahil” xəbər verir ki, sənəd nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib.

Söhbət Venesuelada neft və qazın kəşfiyyatı, işlənməsi və ya istehsalı üçün mal, texnologiya, proqram təminatı və ya xidmətlərin tədarükündən gedir.

Bundan əlavə, Maliyyə Nazirliyi Venesuela limanlarının və hava limanlarının fəaliyyətini dəstəkləyən əməliyyatları müvəqqəti olaraq azad edən lisenziya dərc edib.

Избранный
12
1
ikisahil.az

2Источники