RU

 “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi təntənə ilə keçirilir.

AzEdu.az xəbər verir ki, bütün dünyada elm, texnologiya, innovasiyalar və gender bərabərliyi məsələlərinə aidiyyəti olan hər kəsin diqqətini çox mühüm problemə cəlb edən əlamətdar gün bu il artıq 10-cu dəfədir ki, qeyd olunur.

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində gender bərabərliyini təşviq edən, qadın və qızları məhz bu istiqamətlərdə karyera qurmağa həvəsləndirən bir gündür. Bu gün BMT-də, UNESCO-da və bütün dünyada keçirilən tədbirlərlə, müxtəlif tribunalardan edilən çıxışlarla, vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-lərin səfərbər edilməsi ilə qadın və qızların elmdə iştirakına dəstək göstərməyə, bu iştirakı məhdudlaşdıran maneələri və stereotipləri aradan qaldırmağa cəhdlər göstərilir.

UNESCO və BMT-nin xüsusi strukturu tərəfindən nəzarət edilən bayram statuslu bu günün ideyası gender bərabərliyini təbliğ etməklə yanaşı, qadınların elm sahəsində hüquq və imkanlarını genişləndirməkdir.

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün 11 fevrala salınması təsadüfi deyildir, 11 fevral radioaktivlik və nüvə fizikası sahələrində elmə inqilabi töhfələr vermiş görkəmli fizik və kimyaçı, ilk qadın Nobel mükafatı laureatı Mari Kürinin doğum günüdür. Bu böyük alim 2 dəfə – 1903-cü ildə fizika, 1911-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. Bu bir faktdır ki, 2 müxtəlif sahə üzrə mükafatlandırılmış yeganə alim olan Mari Küri hazırda da elmdə qadınlar üçün ilhamverici simvol olaraq qalmaqdadır.

Избранный
57
1
azedu.az

2Источники