RU

Ata Trampa görə qızını güllələyib öldürdü

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-də 23 yaşlı britaniyalı modelyer Lucy Harrison atası tərəfindən güllələnərək öldürülüb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib.

Məlumata görə, Lucy Harrison ilə atası Kris Harrison arasında ABŞ Prezidenti Donald Trampla bağlı mübahisə yaranıb. Mübahisədən bir müddət sonra, İngiltərəyə qayıtmaq üçün hava limanına yollanmağa təxminən 30 dəqiqə qalmış ata qızını yataq otağında güllələyib.

Hadisənin digər motivləri açıqlanmayıb. Faktla bağlı istintaq davam edir.

Ayxanım Məlikova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
unikal.az

1Источники