RU

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin olunub

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, kollecin direktoru vəzifəsi Səbuhi Qurbanova həvalə olunub.

Bununla bağlı Agentliyin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Избранный
40
1
apa.az

10Источники