“Qarabağ” dünya reytinqində 9 pillə irəliləyib.
Msport.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
“Köhlən atlar” 200 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən “Sabah” (96 xal) 224-cü yerdən 211-ə yüksəlib.
“Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ (595 xal) liderdir.