RU

Yanvarda illik qiymət artımları 5.7% oldu – Bu, Mərkəzi Bankın hədəfinin yuxarı həddinə yaxındır

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 5,7 faiz yüksəlib ki, bu da Azərbaycan Mərkəzi Bankının hədəf çərçivəsinin yuxarı həddi olan 6 faizə çox yaxındır.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artım təşkil etmişdir.

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz artım təşkil etmişdir.

2026-cı ilin yanvar ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz artım təşkil etmişdir.

2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz artım təşkil etmişdir. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, “Aİ-92” markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Избранный
35
32
banker.az

10Источники