RU

Yanvarda iqtisadiyyata investisiyalar 76% artıb

2026-cı ilin yanvar ayında əsas kapitala 1 milyard 405,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib.

 

Herbiand.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz artıb.

 

İstifadə olunmuş investisiyanın 758,6 milyon manatı və ya 54,0 faizi məhsul istehsalı sahələrinə, 551,0 milyon manatı (39,2 faizi) xidmət sahələrinə, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 1004,0 milyon manatını və ya 71,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 577,2 milyon manatı və ya 41,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Избранный
15
5
herbiand.az

7Источники