RU

Birol Akgün: Azərbaycan Türkiyə strateji müttəfiqliyi iqtisadi və texnoloji əməkdaşlığı yeni mərhələyə daşıyır

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 fevral, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri iqtisadi və texnoloji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan–Türkiyə İKT Biznes Forumunda səsləndirib.

Səfir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi əlaqələrə yalnız siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan güclü çərçivə təqdim edir.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfi müəyyən edilib. Bu istiqamətdə 2026-cı ilədək 110 maddədən ibarət birgə fəaliyyət planı hazırlanıb və icrası nəzarətdə saxlanılır.

Səfir qeyd edib ki, enerji, inşaat və infrastruktur, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə, turizm, informasiya texnologiyaları və müdafiə sənayesi sahələri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. O vurğulayıb ki, bu əməkdaşlıq modeli həm regional, həm də qlobal miqyasda nümunə kimi çıxış edir.

Birol Akgün forum çərçivəsində keçirilən görüşlərin konkret investisiya və tərəfdaşlıq layihələrinə çevriləcəyinə əminliyini ifadə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
84
2
azertag.az

3Источники