RU

Kolumbiya prezidenti və övladları sui-qəsd təhlükəsi ilə üzləşiblər

Kolumbiyanın dövlət başçısı Qustavo Petro Kordova regionuna helikopterlə səfəri zamanı ona qarşı planlaşdırılan sui-qəsd cəhdindən qurtulduğunu bəyan edib.

7News.Az yerli "El Tiempo" qəzetinə istinadla məlumat verir ki, prezident bu hadisənin təfərrüatını hökumətin Monteria şəhərində baş tutan toplantısında bölüşüb.

"Fevralın 9-da Kordovada eniş etmək mümkün olmadı. Mənim olduğum helikopterin atəşə tutulma ehtimalı var idi. Etiraf etməliyəm ki, həmin an sui-qəsd təhlükəsindən qaçdıq, elə bu səbəbdən dünən gəlməyim baş tutmadı. Təyinat nöqtəsinə enə bilmədim. Hətta eniş zolağının işıqlarını belə yandırmadılar. Dəniz üzərində dörd saat uçuş həyata keçirdik və heç vaxt planlaşdırmadığımız bir məkana gəlib çıxdıq. Övladlarımla birgə sui-qəsd cəhdindən xilas ola bildik", - deyə Kolumbiya prezidenti vurğulayıb.

Nəşr xatırladır ki, Q.Petro daha əvvəl də narkotik kartellərinin onu aradan götürmək istədikləri barədə dəfələrlə xəbərdarlıq edib. Məlumatda, həmçinin Kolumbiyanın ən güclü cinayətkar qruplaşması sayılan "Körfəz klanı"nın Kordova ərazisində fəallıq göstərdiyi qeyd olunur.
Избранный
3
2
7news.az

3Источники