RU

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən dəstə tutuldu

Zərdab rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən yeddi nəfərdən ibarət dəstə tutulub.

"Cebheinfo.az" xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Seyidzadə, Zamin Məmmədov, Qoşqar Əliyev, Bəxtiyar İsmayılzadə, Natiq Şahmurov, Ələddin Novruzəliyev və Üzeyir Novruzzadə saxlanılıb.

Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

"Cebheinfo.az"

Избранный
19
6
cebheinfo.az

8Источники