RU

Tramp Rusiya ilə bağlı taktikasını yenilədi Putinə mesaj

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Donald Tramp administrasiyası Moskvanın müttəfiqlərinə, eləcə də logistika və təchizat zəncirlərinə təzyiq göstərmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” ekspertlərə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Ağ Ev rəhbərinin sülhə razı salmaq üçün yeni taktikasıdır:

“Rusiya artıq təzyiqlə üzləşir, çünki onun bir sıra müttəfiq ölkələri ABŞ ordusunun qüdrətindən çəkinir”.

Prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsinin baş müşaviri vəzifəsində çalışmış Morqan Merfi qeyd edib ki, Tramp artıq Venesuelanı şahmat lövhəsindən çıxarıb və indi də İranla bağlı eyni şeyi etməyə çalışır:

“Bu, Rusiya Prezidenti Vladimir Putinin hesablamalarını dəyişdirməlidir”.

Təqaüddə olan amerikalı general Bryus Karlson isə bildirib ki, Tramp adamları vasitəsilə Rusiyaya təzyiq göstərir və onu Ukraynada sülhə razı salmağa çalışır.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
globalinfo.az

1Источники