RU

Ötən ay ən çox pul xərclənən sektorlar açıqlandı

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin yanvar ayında əsas kapitala 1405,9 milyon manat məbləğində investisiya yönəldilib. Bu göstərici əvvəlki ilin eyni ayı ilə müqayisədə 75,6 faiz çoxdur.

Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 78,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 73,9 faiz artıb.

İstifadə olunmuş investisiyanın 758,6 milyon manatı və ya 54,0 faizi məhsul istehsalı sahələrinə, 551,0 milyon manatı və ya 39,2 faizi xidmət sahələrinə, 96,3 milyon manatı və ya 6,8 faizi isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Əsas kapitala yönəldilən investisiyaların 1004,0 milyon manatı və ya 71,4 faizi daxili investisiyaların payına düşüb.

Bundan əlavə, əsas kapitala yönəldilən vəsaitin 577,2 milyon manatı və ya 41,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
5
modern.az

7Источники